Azərbaycan neft bazarının gələcəkdə sabitləşməsinə yönəlmiş qərarları dəstəkləməyə hazırdır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
"Son zamanlar neft bazarında vəziyyət sabitləşib, müəyyən tarazlıq əldə edilib. Bu, neft hasil edən ölkələr tərəfindən doğru qərarların (hasilatın dondurulması haqqında – İF) qəbul edilməsindən xəbər verir. Əgər gələcəkdə neft bazarının sabitləşməsinə dair yeni ümumi qərar qəbul olunarsa, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, müvafiq dəvət olarsa, Azərbaycan noyabrda OPEC və OPEC + ölkələrinin nazirlər səviyyəsində görüşündə iştirak etməyə hazırdır.
"Görüşdə ölkələrin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirməsinin gedişi və neft bazarının mövcud durumu təhlil olunacaq. Görüşdə, həmçinin gələcək addımlara dair qərarlar da qəbul edilə bilər", - deyə P.Şahbazov qeyd edib.
O əlavə edib ki, Azərbaycan OPEC + çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirir və bundan sonra da yerinə yetirməyə hazırdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət