Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə noyabrın 20-21-də Brüssel şəhərində "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycanın dövlət rəsmiləri, Avropa Parlamenti habelə Avropa ölkələri parlamentlərinin üzvləri, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimlərindən ibarət 300 nəfərə yaxın nümayəndənin iştirakı ilə planlaşdırılan tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək
“Forumda bir çox ölkələrin parlament üzvləri, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış ekspertlərin iştirakı ilə etnik separatizmin dünyanın müxtəlif regionlarında sülhə və sabitliyə yaratdığı təhlükələrlə bağlı məruzələr dinləniləcək, müasir dövrdə regional və qlobal səviyyədə dövlətlərin ərazi bütövlüyünün pozulması halları, separatizmin nəticəsi olaraq meydana çıxan münaqişələr və separatizm meyllərinin qarşısının alınması yolları müzakirə ediləcək”, - məlumatda deyilir.
Forumun əsas panel iclası Avropada separatizm mövzusuna həsr ediləcək. İclasda Avropada separatizm dalğasının səbəb və nəticələri, eləcə də, bu meyllərin qitənin iqtisadi və siyasi gələcəyi üçün yaratdığı təhlükələr, problemin həlli yolları, separatizmə məruz qalmış ölkələrin təcrübəsi, beynəlxalq hüquqda separatizmin qarşısının alınması üçün mövcud alət və mexanizmlər, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı və s. mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Paneldə Ukrayna, Moldova, İsrail dövlətlərinin sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir.
Forum çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca panel iclasın keçirilməsi də nəzərdə tutulur. Paneldə münaqişənin nizamlanma prosesi ilə bağlı mövcud vəziyyət, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində hazırki durum, diaspor təşkilatlarının bu sahədə fəaliyyəti, qarşıya çıxan problemlər müzakirə edilcək.
Tədbir çərçivəsində Avropa Parlamentinin üzvlərinin, habelə Avropa İttifaqına üzv ölkələrin deputatları ilə görüşləri keçiriləcək. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət