"PSG Kapital" broker şirkəti Azərbaycanın qiymətli kağızlar bazarında ilk dəfə olaraq noyabrın 10-da SOCAR-ın korporativ istiqrazları ilə REPO əməliyyatlarına başlayıb. Bu barədə “SOCAR Capital” şirkətinin (SOCAR-ın törəməsi) məlumatında deyilir.
“SOCAR istiqrazlarının marketmeykeri olan "PSG Kapital" şirkəti noyabrın 10-dan etibarən istiqrazlar üzrə REPO əməliyyatlarına başlayıb. Beləliklə, SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazlar üzrə REPO əməliyyatlarından istifadə edərək qısamüddətli kreditlər əldə edə biləcəklər”, - deyə məlumatda bildirilir.
"PSG Kapital"dan verilən məlumata görə, SOCAR istiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub. 3 günlük REPO əməliyyatları illik 3,5%-lə, 7 günlük əməliyyatlar isə illik 3,75%-lə aparılacaq.
“İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO "pəncərəsi" açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dolar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub. Amma müştərilərin tələbatından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və bir ayadək uzadıla bilər”, - deyə məlumatda qeyd olunur.
“SOCAR Capital”ın məlumatına görə,SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə «hair cut» (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə biləcəklər. Xatırladaq ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarındakı digər korporativ istiqrazlarda «hair cut» 40% təşkil edir.
“İllik 5% gəlirliyə malik olan SOCAR istiqrazlarının sahibləri vəsaitləri daha aşağı faizlərlə cəlb edə biləcək, bununla da onların qazancları heç bir halda azalmayacaq. REPO əməliyyatları xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq: "SOCAR istiqrazları ilə REPO əməliyyatlarının başlanması likvidliyin təminatına dəstəklə yanaşı, ümumilikdə qiymətli kağızlar sektoruna inamı yüksəldəcək", - deyə məlumatda vurğulanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət