Azərbaycan müxtəlif sahələrdə dövlət idarəçiliyi ilə bağlı təcrübəsini bölüşməyə hazırdır. Bunu prezident İlham Əliyev deyib.
"Azərbaycan DİN və digər sahələrdə idarəçiliklə bağlı təcrübəsini Əfqanıstanla bölüşməyə hazırdır", - deyə o, bu gün Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransında çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, hazırda “ASAN xidmət” tərəfindən Əfqanıstanda vətəndaşlara dövlət xidmətlərinin göstərilmə səviyyəsinin yaxşılaşdırılması üzrə layihə həyata keçirilir.
"Biz terrorçuluq, ekstremizm və separatizmə qarşı birgə mübarizə aparmalıyıq", - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Əfqanıstanın regional ticarət-iqtisadi inteqrasiyasını dəstəkləyir. "Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Azərbaycan və İranın dəmir yollarının inkişafı, inkişaf etmiş logistika və infrastruktur, bütün bunlar Şərqlə Qərbi əlaqələndirməyə kömək edəcək. Bu kontekstdə Əfqanıstanı Avropa və dünya ilə əlaqələndirəcək Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi (Lapis lazuli, "Lazurit") mühüm əhəmiyyət kəsb edir", - deyə dövlət başçısı əlavə edib.*
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət