BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz boru kəməri magistralı (Bakı-Tbilisi-Ərzurum) layihələrindəki tərəfdaşlarıəlillərin mümkün məşğulluğunun artırılması layihəsinin reallaşdırılmasına 488 min manat ayıracaq.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consbazar ertəsi layihənin təqdimatında qeyd edib ki, onun çərçivəsində bir qrup əlillərin səy və bacarıqlarının inkişafı nəzərdə tutulur. Layihədə həm ümumi təhsilli 100 nəfər, həm də universitet və peşə məktəblərini bitirən şəxslər iştirak edəcək.
BP-nin məlumatına görə, layihənin reallaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə tərəfdaşlıqda həyata keçiriləcək.
Layihəyə zəruri biliklərin öyrədilməsindən əlavə həmçinin ingilis dili, kompüter bilikləri və ünsiyyətin tədrisi daxildir. Karyera istəklərindən asılı olaraq, layihə iştirakçıları veb-sayt və dizayn proqramlaşdırması üzrə təlimlər və ya proqram və proqram təminatının tətbiqi qruplarına ayrılıblar.
Həmçinin layihə çərçivəsində üç forum və əlilliyi olan tanınmış şəxslərlə görüşlər təşkil ediləcək. Layihə 2018-ci ilin sonunda başa çatacaq. Layihəni British Council təşkilatı həyata keçirəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışında qeyd edib ki, bu layihə əlillərin əmək bazarına adaptasiyası nöqteyi-nəzrindən böyük önəm kəsb edir. “Hazırda bütün dünyada 1 mlrd.-a qədər əlil var, onların 623 min nəfəri Azərbaycanın payına düşür. Bununla belə, Azərbaycanda 328 min əlilin əmək qabiliyyəti var, lakin onlardan yalnıq 10%-i işlə təmin edilib. Bu, MDB-nin qonşu ölkələri ilə müqayisədə pis rəqəm deyil, lakin Avropa dövlətləri ilə müqayisədə aşağı göstəricidir”, - o bildirib.
Nazirin məlumatına görə, Azərbaycanda əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericilik qüvvədədir. Ancaq bu məqsədlər üçün o cümlədən yqni qanun hazırlanıb. Sənəd Prezident Administrasiyasına təqdim olunub. “Ümid edirəm ki, yaxın zamanda bu sənəd Milli Məclis tərəfindən qəbul ediləcək”, - S.Müslümov əlavə edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət