2017-ci ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Hava Limanı 3,75 mln. sərnişinə xidmət göstərib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 25% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatında qeyd edilir.
“Heydər Əliyev Beynəlxalq Hava Limanı 2017-ci ilin yanvar-noyabr aylarında 3,75 mln. sərnişinə xidmət göstərib. 85% beynəlxalq reyslərin payına düşür”, - məlumatda deyilir.
AZAL-ın qiymətləndirmələrinə görə, 2,1 mln. sərnişin şirkətin payına düşüb. Bunların 545 min nəfəri daxili reyslərlə daşınıb.
Beynəlxlaq daşımaların 57%-i xarici şirkətlərin payına düşüb.
Məlumata görə, 2017-ci ilin sentyabrından uçuşlar yerinə yetirməyə başlayan ilk milli
loukoster “Buta Airways” 55 min sərnişinə xidmət göstərib.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət