Kreml stabil Azərbaycanda maraqlıdır. Bunu Rusiyanın Bakıdakı diplomatik missiaysı başa çatan səfir Vladimir Doroxin deyib.
Cümə günü Bakı və AzərbaycanYeparxiyasınınPravoslav Dini-Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunlarına həsr olunan illik Yeparxiya toplantısı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
“Azərbaycanda rus pravoslavlığının baza və təməli möhkəmdir. Onun həm maddi, həm də mənəvi mənada yüksəlməsini görmək çox sevindiricidir. Burada nüfuzumuz var. Kremli tərk edən və hakimiyyəti Vladimir Putinə ötürən Yeltsin (Boris, Rusiyanın sabiq prezidenti - İF) belə ifadə işlətdi: “Rusiyanı qoruyun!”. Bunu misal çəkərək, demək istəyirəm: Azərbaycanı qoruyun! Çünki biz Rusiyada səmimi olaraq Azərbaycanda hər şeyin yaxşı olmasında, cənub qonşumuzun sakit, stabil dövlətdə yaşamasında maraqlıyıq. Bu bizim həqiqi marağımızdır. Biz heç zaman bu barədə danışarkən yalan demirik”, - V.Doroxin toplantıda çıxışında qeyd edib.
Diplomat bildirib ki, Azərbaycana təyinat zamanı Kremlin onun üzərinə qoyduğu məsuliyyətli missiyaya görə bir qədər qorxu hissi keçirib. “Etiraf edim, Azərbaycanda fəaliyyətimə həyəcan, bir qədər qorxu ilə yanaşdım. Bunun ölkəmiz (Rusiya - İF) üçün necə məsuliyyətli və vacib missiya olduğunu anlayırdım”, - V.Doroxin vurğulayıb.
Səfir bəyan edib ki, insan haqqlarının, həmçinin dini sahədə müdafiəsi ilə məşğul olan diplomat həmkarları bu mənada Azərbaycanı vadi hesab edirlər. “Dünyada çox sayda həmkarlarım insan haqqlarının, onların kilsəyə getmək hüquqlarının müdafiəsi ilə məşğul olurlar. Pravoslav və xristianlar ətrafında nə qədər qəsdlərin, pis hadisələrin baş verdiyini məndən də yaxşı bilirsiniz. Mən Azərbaycanda bu vadini gördüm, vəziyyətlə tanış oldum. Bu şərait nəinki bir səfir kimi həyatımı çətinləşdirmədi, əksinə, onu asanlaşdırdı, bu böyük iş idi”, - V.Doroxin qeyd edib.
O həmçinin vurğulayıb ki, Azərbaycan hökuməti dini icmalar barəsində düzgün mövqe tutub. “Rus Pravoslav Kilsəsinin müsəlman Azərbaycanında tutduğu mövqe barədə çox yazmışam və qeyd etmişəm. Bu çox şeyə dəyər. Bunun nə üçün baş verdiyini bilirəm və mənə məlumdur ki, əsas səbəb Azərbaycan hökumətinin tutduğu düzgün mövqedir”, - səfir bəyan edib.
Həmçinin V.Doroxin Rus Pravoslav Kilsəsinin Bakı və AzərbaycanYeparxiyasınınArxiyepiskopu Aleksandrın Rus Pravoslav Kilsəsinin nailiyyətlərindəki rolunu qeyd edib. “Bu həmçinin ona görə baş verir ki, Rus Pravoslav Kilsəsinin ruhaniləri, ilk növbədə siz, hörmətli Keşiş böyük və düzgün siyasət yürüdürsünüz. Bütün bunların həqiqi və səmimi xarakter daşıdığını bilirəm. Siz bunu ürəkdən edirsiniz. Azərbaycanda çalışaraq, Azərbaycanın şəxsiyyət vəsiqəsinə malik olaraq, Siz yenə də ruhən Rusiya, onun qayğıları ilə yaşayırsınız və bu dövlətə ən yaxşı arzular diləyirsiniz”, - V.Doroxin bildirib.
Xəbər verildiyi kimi, 27 noyabr 2017-ci il tarixində Rusiya Federasiyasının prezidenti Vladimir Putin Vladimir Doroxini Rusiyanın Azərbaycandakı səfiri vəzifəsindən azad edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət