Bazar ertəsi Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri açılış mərasimindən məlumat verir.
“RİM-in nümayəndəliyinin Azərbaycanda açılışı ölkələrimiz rasaında ticarət dövriyyəsinin artması üçün əlavə güclü alət olacaq, Azərbaycan bazarına çıxışda maraqlı olan Rusiyanın qeyri-xammal məhsullarının ixracatçıları üçün təkan verəcək, Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına imkan yaradacaq, bu da hər iki ölkənin xarici iqtisadi siyasətinin prioritetlərinə cavab verir”, - RİM şirkətlər Qrupunun rəhbəri Pyotr Fradkov qeyd edib.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin öz növbəsində bildirib ki, “RİM iki ölkə arasnda əməkdaşlığın inkişafı üçün vacib alətdir”. “Bu sadəcə ticarətə deyil, həm də hər iki tərəfə fayda gətirəcək birgə istehsalın yaradılması məsələlərində əməkdaşlığa aiddir”, - o vurğulayıb.
RİM-in Azərbaycandakı xarici nümayəndəliyi rusiyalı ixracatçılara ölkə bazarəna mallar və xidmtələrin çıxarılmasına hərtərəfli - biznes missiyaların təşkilindən başlayaraq maliyyə dəstək tədbirlərinin hazırlanmasına qədər dəstək göstərəcək.
RİM-in məlumatına əsasən, 2017-ci ilin 10 ayı ərzində Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi $2,1 mlrd.-a çatıb, bu da ötən ilin analoji dövrünün göstəricisinə uyğundur. Bunun təxminən $1,6 mlrd.-ı Rusiya ixracı, həmçinin $1,5 mlrd.-ı - qeyri-xammal qeyri-enerji sahəsinin payına düşüb.
RİM Qrupuna daxil olan ЭКСАР Agentliyi Rusiya şirkətlərinin Azərbaycanda $322,5 mln., "Росэксимбанк" $249 mln. dəyərində layihələrini dəstəkləyib.
Həmçinin bazar ertəsi RİM və AZPROMO arasında niyyət Memorandumu imzalanıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət