Estoniya istehsal müəssisələrinin yaradılması üzrə Azərbaycanla əməkdaşlığa hazırdır. Bunu Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik “Caspian Energy” jurnalına müsahibəsində deyib.
“Əməkdaşlıq edə biləcəyimiz istiqamətlərdən biri - qarşılıqlı sərmayələr, gələcək ixrac üçün (məhsulların - İF-az) istehsal üzrə birgə layihələrin reallaşdırılmasıdır. Mərkəzi Asiya, Hindistan və Türkiyəyə gələcək ixrac üçün ASK, əczaçılıq istehsalı və digər sahələrə sərmayəyə yatırmağa hazır olan müəyyən sayda Estoniya şirkətləri var”, - diplomat qeyd edib.
Onun sözlərinə görə, həmçinin eston sahibkarları logistika, birgə daşımalar, nəqliyyat xidmətləri sahəsində layihələrdə iştirakda maraqlıdırlar.
Bundan əlavə, Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər.
“Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir. Digər tərəfdən Azərbaycan İranın, Yaxın Şərqin bazarına sahibkarlarımız üçün mümkün tramplindir. Azərbaycanın İranla həm siyasi, həm də dəmir yolu əlaqəsi qurması faktı bizi sevindirir. Əgər bu yol istifadəyə verilərsə, investorlar və sahibkarlarımıza məhz Azərbaycanın yardımı ilə qeyd olunan bazarlara çıxış əldə etmək daha asan olacaq”, - İ.Kiverik vurğulayıb.
Diplomat o cümlədən məlumat verib ki, Azərbaycanın Estoniyaya ixrac həcmləri artır və iki ölkə arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq fəal inkişaf edir. “Ticarət dövriyyəsi böyük deyil, hətta cüzidir. Azərbaycanın Estoniyaya sərmayələrinə gəlincə, onların həcmi artır. Bu onunla əlaqədardır ki, daha çox azərbaycanlı sahibkarlar Estoniyada müxtəlif sahələrdə (logistika, məsləhətləşmələr, İT, topdan satış, restoran biznesi) ofislər açırlar. Həmçinin bir sıra layihələr üzrə danışıqların nəticələrini gözləyirik”, - o bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət