2018-ci il yanvarın 1-nə Azərbaycanda 118,594 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 10,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2017-ci ildə 11,934 min hüquqi şəxs qeydiyyatdan keçib, 650 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2018-ci il yanvarın 1-nə respublikada 10,436 min kənd təsərrüfatı (artım 4,6%), 6,454 min təkrar emal (artım 5,4%), 11,891 min tikinti müəssisəsi (artım 6%) fəaliyyət göstərir.
Bundan başqa, 2017-ci ilin sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 31,124 min (artım 11,7%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,635 min (artım 4,4%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,508 min (artım 15,6%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4,854 min (artım 19,7%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 2,974 min (artım 10,5%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,812 min hüquqi şəxs (artım 8,8%) qeydiyyata alınıb.
2018-ci il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 106,323 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 89,7%-i) özəl müəssisələrin, 7,014 min hüquqi şəxs xarici, 2,1656 min hüquqi şəxs birgə müəssisələrin, 10,565 min hüquqi şəxs (8,9%) dövlət müəssisələrinin, 1,706 min hüquqi şəxs (1,4%) bələdiyyələrin payına düşür.
Bundan başqa, 2018-ci il yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 794,441 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 13,7% artıb.
Kənd təsərrüfatı sahəsində 22,853 min, emal sənayesi sahəsində 17,154 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 201,121 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 1,719 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12,153 min, inzibati və yardımçı xidmətlər sahəsində 2,921 min, tikinti fəaliyyəti ilə 6,042 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 37,479 min, nəqliyyat və anbar təsərrüfatı ilə 84,574 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 10,87 min, digər xidmətlərlə 149,154 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 55,48 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 235,372 min fiziki şəxs var.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət