2017-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsalı 88,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il ölkədə cəmi 30 ədəd avtomobil istehsal edilib. Anbarlarda 116 ədəd satılmamış avtomobil qalıb.
Traktor istehsalı sahəsində isə vəziyyət bir qədər fərqlidir. Respublikada avtomobil istehsalının kəskin azalması fonunda traktor istehsalı 37,4% artaraq 1421 ədədə çatıb. Bundan başqa, xüsusi təyinatlı kommunal maşınların istehsalı iki dəfədən çox artıb. 2017-ci il ərzində onların istehsal həcmi 3320 ədəd təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 2,1 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalı ilə bağlı vəziyyət 2018-ci ildə köklü şəkildə dəyişə bilər.*
Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri olan “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodu mart ayından istehsala başlayacaq.
Zavodda artıq son avadanlıqlar quraşdırılır. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır.
2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsi Azərbaycanda istehsal olunacaq. Zavodda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət