Sberbank Investment Research şirkətinin analitikləri 2018-ci ildə Azərbaycanda ÜDM-in 2% artımını proqnozlaşdırırlar.
“Neft hasilatının azalması fonunda artım dövlət xərclərinin artırılmasına hesabına təmin olunur. 2017-ci ildə Azərbaycanda iqtisadiyyatın artımı 2016-cı ildə 3,1% azalmadan sonra 0,1% təşkil edib. 2018-ci ildə neftin artan qiymətləri mühüm dərəcədə dayaq olacaq - onların sayəsində biz büdcə xərclərinin artmasını gözləyirik, bu da iqtisadiyyatın iqtisadi artımını stimullaşdıracağıq. Cari il Azərbaycanda ÜDM-in 2% səviyyəsində artımını proqnozlaşdırırıq”, - şirkətin analitikləri “Azərbaycan: Bakıya qayıdış” icmalında qeyd edirlər.
Şirkətin qiymətləndirmələrinə əsasən, yeni layihələr və AÇG blokunun işlənməsinə dair müqavilənin uzadılması Azərbaycanda neft hasilatının azalmasını ləngitməyə yardım edə bilər. “Ölkədə neft hasilatının təqribən 75%-ni təmin edən AÇG blokunun yataqlarından artıq neçə ildir hasilatın azalması qeyd edilir. 2017-ci ildə Azərbaycanda hasilatın ümumi həcmi 5,7% azalıb. Bu, Bakıda narahatlıq doğurur. Buna baxmayaraq, Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin işlənməsi üçün BP və xarici tərəfdaşlarla imzalanan HasilatınPay BölgüsüSazişinin uzadılması qarşıdakı yeni layihələrlə əlaqələndirilmədə hasilatın sabitləşməsinə imkan yaratmalıdır. Lakin bu layihələrdən ilk vacib töhfə yalnız 2020-ci ildə əldə olunacaq”, - analitiklər qeyd edirlər.
Şirkətin məlumatına əsasən, 2017-ci ildə büdcə kəsiri ÜDM-in 1,5%-ni təşkil edir (2016-cı ildə profisitə qarşı 0,3% olub). “Bu, bank sektorunun kapitallaşmasının artırılmasına əlavə xərclərlə əlaqədardır (ÜDM-in 5,6% səviyyəsində). Bu il kapitallaşmanın artırılması üçün iri xərclər gözləmirik, hökumət dövlət kapital qoyuluşlarını 52% artırmağı planlaşdırır, beləliklə ümumi xərclər artacaq. Bununla belə, neftin qiymətinin artımı büdcəni dəstəkləyəcək, bu il də onun profisiti ÜDM-in 3%-nə çata bilər”, - icmalda bildirilir.
Analitiklərin qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2017-ci ildə 12,9%-dən 9%-dək azalacaq, tədiyə balansının profisiti 2017-ci ildə ÜDM-in 1,8%-dən ÜDM-in 3,5%-dək artacaq.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5%, orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.
Cari il Dünya Bankı Azərbaycanda ÜDM-i 0,9%, Standard&Poor`s agentliyi - 2,7% səviyyəsində proqnozlaşdırır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət