2017-ci ildə bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 30,2% - 9 mlrd. 773 mln. 321,5 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Məlumata əsasən, 1 yanvar 2018-ci il tarixinə Bakıda borcalanlara verilən kreditlərin həcmi respublika üzrə bankların bütün kredit qoyuluşlarının 83,1%-ni təşkil edir. Ümumilikdə paytaxtda banklar tərəfindən kreditlər orta hesabla illik 10,3%, respublika üzrə isə 11,8% dərəcəsi ilə verilir.
2018-ci il yanvarın 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 5 mlrd. 394 mln. 857,8 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 4 mlrd. 378 mln. 463,7 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 11,4%-ə, xarici valyuta ilə 8,9%-ə bərabərdir.
1 yanvar 2018-ci il tarixinə regionlarda banklar tərəfindən müştərilərin kreditləşmə həcmi 1 mlrd. 984 mln. 465,5 min manat (2016-cı illə müqayisədə azalma 18,9%) təşkil edib.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Aran iqtisadi rayonunda 471 mln. 783,9 min manat (orta faiz dərəcəsi illik 22,7%), Abşeron iqtisadi rayonunda 451 mln. 112,7 min manat (15,5%), Gəncə-Qazax iqtisadi rayonunda 413 mln. 737,1 min manat (19,2%), Lənkəran iqtisadi rayonunda 168 mln. 840,5 min manat (22%) həcmində kredit verilib.
Kreditləşmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət