Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3,875 min nəfər itkin düşmüş hesab olunur. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
“Bu günə Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3,875 min nəfər itkin düşmüş hesab edilir”, - İ.Axundov cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, onlardan 3,165 min nəfəri hərbçi, 710 nəfəri mülki şəxsdir.
İ.Axundov qeyd edib ki, Dövlət Komissiyası girov, əsir və itkin düşən vətəndaşların taleyinin müəyyən edilməsi məsələlərində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıq edir.
O əlavə edib ki, Azərbaycanda itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 195 naməlum məzar yeri aşkar edilib. “Onlardan 185-nin GPS koordinatları çıxarılıb", - İ.Axundov vurğulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət