Moody`s Beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 1,5%, 2019-cu ildə - 2% səviyyəsində proqnozlaşdırır.
“İlkin hesablamalara görə, 2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 2016-cı ildə 3,1% resessiyadan sonra 0,1% təşkil edib. 2017-ci ildə zəif artım neftin qiymətinin azalması ilə meydana gələn böhranın, həmçinin bu şəraitdə həyata keçirilən sərt fiskal və pul-kredit siyasətinin nəticələrini əks etdirir. Lakin, hazırda bir barrel üçün neftin qiymətinin $65-70 olması, Azərbaycanda iqtisadi artım və maliyyə gəlirlərinin artımına imkan yaradacaq. Ümumilikdə, 2018-ci ildə respublikada ÜDM-in artımını 1,5%, 2019-cu ildə - 2% səviyyəsində proqnozlaşdırırıq”, - “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi Moody`s-in proqnozlarında qeyd olunur.
Agentlikdən bildirilir ki, 2016-2017-ci illərdə yüksək səviyyədə olan ikirəqəmli inflyasiya 2015-ci ildə manatın devalvasiyası ilə şərtlənir.
Moody`s qeyd edir ki, 2018-ci ildə inflyasiya 6%-dək, 2019-cu ildə - 5%-dək azalacaq. “Manatın mühüm dərəcədə zəifləməsi olmadığı halda biz inflyasiyanın 5-6% səviyyəsində stabilləşməsini gözləyirik, çünki məzənnə kursunun stabilliyinə əminlik artır, bu da inflyasiya gözləntilərini azaldır”, - agentlikdən vurğulanıb.
Moody`s-in qiymətləndirmələrinə əsasən, 2018-ci ilin yekunları üzrə tədiyə balansının profisiti ÜDM-in 2,3%-dək, 2019-cu ildə - ÜDM-in 3,8%-dək artacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət