Norm Sement zavodu bütün Cənubi Qafqazda ən iri sement istehsalçısıdır. Zavodun məhsulları yüksək keyfiyyəti, etibarlılığı, termodavamlılığı və istifadədə sadəliyi ilə xarakterizə edilir. Zavod tanınmış Avropa istehsalçılarının avtomataşdırılmış avadanlıqları ilə təchiz edilib. Layihəyə sement sənayesində dünyanın aparıcı mütəxəssisləri cəlb edilmişdir.
Azərbaycanın aparıcı sement istehsalçısı olan Norm Sement zavodu gənc yaşına rəğmən öz sahəsində bazar liderinə çevrilmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində Norm şirkəti daxili insan resurslarının inkişafına, peşəkarlığının artırılmasına, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə də xüsusi diqqət ayırır. Şirkət hər il ali təhsil ocaqlarının tələbələri üçün təcrübə keçmək imkanı yaradır. Bunun üçün ölkədə mövcud ali təhsil müəssisələri ilə danışıqlar aparılır, karyera planlama mərkəzləri ilə əlaqələr yaradırılır, belə mərkəzlərin olmadığı universitet və institutlarda aidiyyatı üzrə fakultələr ilə əməkdaşlıq edilir, bakalavrlarla yanaşı magistratura tələbələri də iş təcrübəsi toplamaq üçün şirkətə dəvət olunurlar.
Layihədə əsas məqsəd Azərbaycan gənclərini iş həyatına hazırlamaqdır. Ötən il Norm tədris mərkəzində 18 tələbə təcrübə keçib, il ərzində zavodda İqtisad Universitetinin tələbələri üçün 4 ekskursiya və “Gənc mühəndislər” cəmiyyəti, Xəzər Universiteti, Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün təlimlər keçirilib. Bu layihə cari ildən daha geniş şəkildə davam etdirilir. Şirkət həmçinin aktiv şəkildə ali təhsil ocaqlarında keçirilən yarmarkalarda iştirak edir və vakansiyalarını şəffaf şəkildə tələbələrə təqdim edir.
Şirkətin insan resursları departamentinin fəaliyyətində əsas hədəf işçilərin şəxsi hüquqlarından tam və düzgün istifadə etməsinə imkan yaratmaq, onlara vicdanla və ədalətlə yanaşmaq, təhlükəsiz və sağlam iş şəraiti təmin etməkdir. NORM insan kapitalının inkişafı üçün imkan yaratmaq məqsədilə lazımi səy göstərir, sosial maarifləndirmə apararaq öz təşəbbüsləri ilə müvafiq sosial və ictimai fəaliyyətlərin yerinə yetirilməsində işçilərinə dəstək olur, onların peşə həyatları ilə yanaşı şəxsi həyatlarına da hörmətlə yanaşır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət