“Baku Card” yaxın bir neçə ay ərzində dövriyyəyə buraxılacaq. Bu barədə bu gün jurnalistlərə “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Senqstşmidt məlumat verib.
“"Baku Card” 3 növdə buraxılacaq: 24 saatlıq "Baku Card" 35 manat, 72 saatlıq "Baku Card" 60 manat və 1 həftəlik "Baku Card" 90 manata olacaq. Belə kartlar dünyanın bir çox şəhərlərində mövcuddur və biz qərara gəldik ki, Bakıda da bu cür kart olmalıdır. "Baku Card"ın yaxın bir neçə ay ərzində dövriyyəyə buraxılması planlaşdırılır. Hər 3 növdə bir neçə min kart buraxılacaq", - deyə F.Senqstşmidt bildirib.
Onun sözlərinə görə, "Baku Card" layihəsi tamamilə “PASHA Travel” tərəfindən maliyyələşdiriləcək. Kart Bakı sakinləri və turistlər üçün nəzərdə tutulub. Çünki turistlər əsasən paytaxta gəlirlər.
"Lakin gələcəkdə kart Şəki, Qəbələ kimi turizm bölgələrində də tətbiq oluna bilər”, - deyə baş direktor qeyd edib.
Bu gün Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında Azərbaycanda Bakı şəhərinin ilk və yeganə rəsmi kartı olan "Baku Card"ın yaradılmasına dair memorandum imzalanıb.
"Baku Card" sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edə, mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət