Türkiyənin “Petkim” neft-kimya kompleksi“STAR” NEZ-in fəaliyyətindən illik $100 mln. məbləğində əlavə gəlir əldə etməyi ümid edir. Bunu Türkiyə mətbuatı “Petkim Petrokimya Holding”in baş icraçı direktoru Anar Məmmədova istinadən məlumat verir.
“Petkim Petrokimya Holding” və “STAR” inteqrasiya olunmuş müəssisə kimi çalışacaq. Bu inteqrasiya hesabına “Petkim”in illik $100 mln. məbləğində əlavə gəlir əldə edəcəyini gözləyirik, bunun $60 mln.-u logistik üstünlük sayəsində əldə olunacaq”, - A.Məmmədov qeyd edib.
O izah edib ki, hazırda “Petkim Petrokimya Holding” nafta idxal edir. Lakin, “STAR” NEZ istismara verilməklə kompleks bu xammalı birbaşa zavoddan boru kəməri vasitəsilə əldə edəcək, bununla da logistikada $60 mln.-a qənaət olunacaq.
“Petkim Petrokimya Holding”in nəzdində iki - etilen istehsalı və ətirli karbohidrogenlərin istehsalıüzrə zavodlar fəaliyyət göstərir ki, nafta onlar üçün əsas xammal rolu oynayır. “STAR” NEZ istismara verilməklə burada istehsal olunan nafta hazırda ətirli karbohidrogenlərin istehsalıüzrə zavodda istifadə olunan ağır naftanı əvəz edəcək”, - A.Məmmədov bildirib.
O, həmçinin məlumat verib ki, kompleks daha $40 mln. əlavə gəliri ümumi infrastrukturun istifadəsi və “STAR”ın xidmətlərindən əldə etməyi ümid edir. “Bizdə yarımadada infrastruktur çox inkişaf edib, biz bunu “STAR” ilə paylaşacağıq”, - A.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, son 3 il ərzində “Petkim Petrokimya Holding”in fəaliyyəti çox uğurlu olub. 2017-ci ildə kompleks rekord həcmdə gəlir əldə edib, xalis satış həcmi 2016-cı illə müqayisədə 62% - 7,364 mlrd. türk lirəsinə qədər artıb.
“2017-ci ildə “Petkim”in dövriyyəsi təxminən 70%, xalis mənfəət iki dəfədən çox artıb. Maliyyə göstəricilərindən əlavə istehsal göstəricilərində də rekord əldə olunub. “Petkim”in ümumi gücü 3,6 mln. ton təşkil edir, lakin bu göstəriciyə çatmaq çətindir. Biz, gücdən istifadə əmsalını 97%-ə çatdırmaqla bu rəqəmi 3,42 mln. tona çatdırmışıq, baxmayaraq ki, bu əmsal Avropada neft-kimya zavodları üçün orta hesabla 82%-dir”, - A.Məmmədov bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət