2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) PSA (Hasilatın pay bölgüsü haqqında sazişlər) tipli müqavilələr çərçivəsində mənfəət nefti və qazın satışından gəlirləri $6 mlrd. 409,6 mln. (11 mlrd. 30 mln. manat) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2016-cı ildə PSA çərçivəsində mənfəət nefti və qazın satışından ARDNF-ə daxilolmalar $5 mlrd. 189,1 mln. təşkil edib. Beləliklə, 2017-ci ildə Fondun gəlirləri 23,5% artıb.
Xüsusilə, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” blokundan hasil olunan mənfəət neftinin satışından ARDNF-ə daxilolmalar $6 mlrd. 228,8 mln., “Şahdəniz” yatağından hasil olunan mənfəət qazının satışından - $148 mln. təşkil edib.
Kürovdağ Qarabağlı yatağından hasil olunan karbohidrogen satışından ARDNF-ə daxilolmalar $5,61 mln., "Kürsəngi"yatağından - $1,028 mln., “Binəqədi” blokundan - $7,415 mln., “Zığ-Hövsan” yatağından - $3,84 mln., “Neftçala-Xıllı” yatağından - $0,797 mln., “Suraxanı-Qaraçuxur” yatağından - $5,598 mln., “Bahar-Qum-dəniz” yatağından - $0,404 mln., “Muradxanlı-Cəfərli-Zərdab” yatağından - $0,578 mln., “Balaxanı-Sabunçu-Ramanı-Kürdəxanı” yatağından - $7,5 mln. təşkil edib.
“2017-ci ildə “AÇG” bloklundan neft hasilatı 214,75 mln. barrel təşkil edib, bu da proqnozdan 1,4% çoxdur. Fondun büdcəsinin bu maddəsinin icrası müəyyənm edilmiş proqnozu 12,3% ötüb. Ötən il 1 barrel neftin orta ölçülmüş qiyməti $52,9 təşkil edib (ARDNF-nin büdcəsi neftin bir barreli üçün $40-dan hesablanıb)”, - hökumətdən qeyd ediblər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət