Azərbaycanın gömrük orqanlarının əməkdaşları 1 mln. saxta aksiz markasının ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
«Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn "Mercedes-Benz" markalı, 34UG2028 nömrə nişanlı sərnişin avtobusunun sürücü köməkçisi Azərbaycan vətəndaşı Səbuhi Ramiz oğlu İsmayılov gömrük nəzarətinə "sellofan rulon" adı altında 4 ədəd çanta bəyan edib. Həmin çantalar müvəqqəti saxlanc üçün müvafiq qaydada "Sınıq Körpü" gömrük postunun anbarına təhvil verilib. Lakin sonradan daxil olan məlumat əsasında, çantalara hal şahidlərinin və çantalaraı gömrük nəzarətinə təqdim edən vətəndaşın iştirakı ilə baxış keçirilib. Nəticədə, hər bir çantada 50 rulon olmaqla, cəmi 200 rulon, hər bir rulonda isə 5 min ədəd olmaqla, cəmi 1 milyon ədəd - üzərində "Azərbaycan Respublikası", "Daxili istehsal", "Alkoqollu içkilər" sözləri yazılmış aksiz markaları aşkar edilib”, - deyə məlumatda bildirilir.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aşkar edilən aksiz markalarının saxta olduğunu müəyyən edib. Faktla bağlı araşdırma aparılır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət