SOCAR Turkiye Enerji şirkəti (ARDNŞ-nin Türkiyədəki törəməsi) 2018-2020-ci illərdə Türkiyədə yeni layihələrin reallaşdırılmasına $3 mlrd. investisiya yatırmağı planlaşdırır. Bunu SOCAR Turkiye Enerji şirkətinin baş direktoru Zaur Qəhrəmanov Anadolu agentliyinə müsahibəsində bildirib.
“Məlum olduğu kimi, SOCAR-ın Türkiyə iqtisadiyyatına ümumi investisiyaları $19,5 mlrd. həcmində qiymətləndirilir, bunun $12,6 mlrd.-ı artıq yatırlıb. Bu ölkədə reallaşdırılan layihələr başa çatdıqdan sonra yatırılan investisiyaların ümumi həcmi $16,5 mlrd.-a çatacaq. Qalan $3 mlrd. vəsait 2018, 2019 və 2020-ci illərdə yeni layihələrə yatırılacaq”, - Z.Qəhrəmanov qeyd edib.
O xatırladıb ki, SOCAR-ın Türkiyədə cari layihələrin reallaşdırılması uğurla davam edir, 2018-ci ildə isə ölkədə iki ən iri layihə - “STAR” NEZ və TANAP üzrə işlər başa çatacaq.
“TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz 2018-ci ilin iyul ayında tədarük olunacaq. Cari ilin sentyabr ayında “STAR” NEZ-də məhsulların istehsalına başlanacaq”, - Z.Qəhrəmanov vurğulayıb.
O həmçinin məlumat verib ki, 2019-cu ilin əvvəlində şirkət Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinə dair investisiya qərarı qəbul etməyi planlaşdırır və onu 2022-ci ilin sonunda başa çatdıracaq.
“Türkiyə - neft-kimya istehsalı sahəsi üçün yaxşı bazardır. Biz yeni investisiya layihələri üzərində çalışırıq. Dövlət bizə güclü dəstək verir. Türkiyə iqtisadiyyatının əsas problemi cari hesabın kəsiridir. SOCAR-ın layihələri, həmçinin “STAR” NEZ və TANAP, o cümlədən planlaşdırılan neft-kimya kompleksi cari hesabın kəsirinin azalmasına imkan yaradacaq”, - baş direktor qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət