“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Bakıətrafı və dənizkənarı ərazilərdə son nəsil simsiz rabitə (LTE - Long Term Evolution) texnologiyasını istifadəyə verib. Bu barədə
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
“İlkin mərhələdə rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə əhalinin genişzolaqlı telekommunikasiya xidmətləri ilə təmin edilməsinə başlanılıb”, - məlumatda deyilir.
“Baktelecom” tərəfindən mərhələli şəkildə bir sıra paytaxtətrafı kəndlərdə və yaşayış massivlərində yeni stansiyalar qurulur. Layihə çərçivəsində “LTE” şəbəkəsinin baza stansiyalarının sayı daha da artırılacaq ki, bu da yay mövsümünə qədər qeyd olunan ərazilərdə sakinlərin telekommunikasiya xidmətləri ilə təminatına imkan yaradacaq.
“LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərinə qoşulmaq istəyən vətəndaşlar texnologiyanı dəstəkləyən cihazları əldə etməlidir”, - məlumatda qeyd olunur.
IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət