TANAP boru kəmərinin Türkiyənin Əskişəhər bölgəsinə qədər olan I faza üzrə işlərin 99%-i tamamlanıb. Bu barədə SOCAR-dan məlumat verilir.
“TANAP-ın İdarə Heyətinin ümumi iclasında artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, boru kəmərinin Türkiyənin Əskişəhər bölgəsinə qədər olan I faza üzrə işlərin 99%-i tamamlanıb. Avropaya qədər olan işlərin 80%-i həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93%-i yekunlaşıb”, - məlumatda qeyd edilir.
Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir.
TANAP-ın İdarə Heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib ki, cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la Azərbaycan qazı Türkiyəyə ixrac olunacaq.
“Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”, - o vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət