“SOCAR Trading SA” şirkəti 2017-ci ildə dünya bazarlarında 108 mln. ton neft və neft məhsulları satıb. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Ötən il “SOCAR Trading SA” dünya bazarlarında 108 mln. ton neft və neft məhsulları satmaqla əməliyyatların həcmini 2 dəfədən çox artırıb”, - R.Abdullayev hakim “Yeni Azərbaycan” Partiyasının saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda “SOCAR Trading” nəinki Azərbaycan neftinin satışı ilə məşğul olur, həm də “üçüncü tərəflərin neft və neft məhsullarının satışına üstünlük verir”.
“Son 3 il ərzində şirkət üçüncü tərəflərin neft və neft məhsullarının ticarəti üzrə əməliyyatların həcmini 4 dəfədən çox - 21 mln. tondan 86 mln. tonadək artırıb”, - R.Abdullayev əlavə edib.
O həmçinin xatırladıb ki, 2008-2013-cü illər ərzində “SOCAR Trading”in Azərbaycan neftinin satışı üzrə fəaliyyətindən ölkənin əlavə gəlirləri $1,8 mlrd.-a qədər təşkil edib.
“Qısa müddət ərzində “SOCAR Trading SA” Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada və Vyetnamda bölmələr və nümayəndəliklər hesabına yeni bazarlarda öz mövqeyini möhkəmləndirib”, - R.Abdullayev vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət