Asiya İnkişaf Bankı 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 1,7% səviyyəsində proqnozlaşdırır. Bu barədə Asian Development Outlook 2018 icmalında qeyd olunur.
2017-ci ilin sentyabr ayında AİB Azərbaycanda 2018-ci ildə ÜDM-in artımınl 1% səvioyyəsində proqnozlaşdırıb.
Bankın qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2%-dək sürətlənəcək.
“Proqnozlara əsasən, 2018-ci ildə tikintinin bərpası halında ÜDM-in artımı 1,7%-ə çatacaq və 2019-cu ilodə sənaye sektorunda genişləndirilmə hesabına 2%-dək sürətlənəcək. Fərdi istehlakın artacağı gözlənilir, iqtisadi fəallıq yaxşılaşacaq, qeyri-neft sektoruna investisiyaların artımı olacaq”, - icmalda qeyd edilir.
AİB 2018-ci ildə ölkədə sənaye istehsalının 0,5% səviyyəsində azalmasını proqnozlaşdırır. 2019-cu ildə “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2”-nin fəal reallaşdırılması hesabına 3% səviyyəsində artım gözlənilir.
“Dövlət investisiyalarının, həmçinin infrastruktur və mənzil tikintisinə artması 2018-ci ildə tikinti sektorunda 6% və 2019-cu ildə 3% artıma gətirəcək. 2018-2019-cu illərdə ASK sektorunda artım illik 5%, bu dövrdə xidmət sahəsində artım illik 2% təşkil edəcək”, - bank qeyd edir.
AİB-in proqnozlarına görə, 2018-ci ildə Azərbaycanda inflyasiya 7%-dək azalacaq, lakin 2019-cu ildə iqtisadi atrtımın daha yüksək templəri və kommunal xidmətlıərə tariflərin artırılması ilə əlaqədar 8%-dək sürətlənəcək.
“İnflyasiya ilə mübarizə mühüm vəzifə olaraq qalacaq və əlaqələndirici pul-kredit və maliyyə siyasətinin həyata keçirilməsini tələb edəcək”, - bank qeyd edir.
Bankın proqnozlarına əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 6,9%, 2019-cu ildə - ÜDM-in 6,2% təşkil edəcək.
“2018-ci ildə avtomobil idxalına gömrük rüsumlarının artımı ilə bağlı idxalın 6% azalması gözlənilir. Bu il ixrac neftin yüksək qiyməti fonunda 13% artacaq, lakin 2019-cu ildə neft hasilatının azalması fonunda 3,5% azalacaq”, - bank vurğulayır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət