Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında hərtərəfli əməkdaşlığı dəstəkləyir. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
M.Məmməd-Quliyev Tacikistanın paytaxtı Düşənbə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 23-cü iclasında iştirak edir.
“Nazir müavini İƏT çərçivəsində Azərbaycanın fəal iştirakı və üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı dəstəklədiyini, praktiki əməkdaşlığın gücləndirilməsinə xidmət edən bir sıra təşəbbüslər irəli sürdüyünü qeyd edib”, - XİN-in məlumatında deyilir.
M.Məmməd-Quliyev həmçinin regional nəqliyyat dəhlizləri layihələrini təşviq etdiyini qeyd edərək ölkəmizdə mövcud olan siyasi, iqtisadi sabitlik və həyata keçirilən islahatlar barədə məlumat verib.
Səfər çərçivəsində diplomat Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov ilə görüşüb. “Görüşdə tərəflər arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq müzakirə olunub”, - XİN qeyd edir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət