Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Bunu Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışındadeyib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülüb. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Son bir neçə il ərzində əlavə 18 gəmi alınıb. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilib. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq”, - İ.Əliyev bildirib.
Həmçinin prezident qeyd edib ki, hazırda Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuldur. “Öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcəkdir. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq ($500 mln. məbləğində İrana - İF) və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcək”, - dövlət başçısı vurğulayıb.
“Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk”, - İ.Əliyev qeyd edib.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, həmçinin Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyə xidmət edir. Birinci mərhələdə dəhliz üzrə illik 5 mln. ton yük, gələcəkdə isə 10 mln. tondan artıq yük nəql etməyi planlaşdırır.
Yüklər cəmi 14 günə Hindistan ərazisindən keçməklə Fars körfəzi, İran, Azərbaycan, Rusiyadan Skandinaviya və Şimali Avropa ölkələrinə nəql olunacaq. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət