«Azərbaycan Kredit Bürosu» (AKB) MMC-nin Müşahidə Şurası yeni tərkibdəformalaşdırılıb. Bu barədə Büronun məlumatında deyilir.
AKB 2018-ci il martın 6-da faktiki olaraq fəaliyyətə başlayıb.
“AKB-nin ümumi yığıncağının iclasında yeni tərkibdə Müşahidə Şurasının formalaşdırılması haqqında qərar qəbul edilib. Asəf Hüseynov Müşahidə Şurasının sədri, Şakir Rəhimov, Fərid Məmmədov, Elşən Bədirxanov, Kamran Məcidov, Zamiq Məmmədov, Ahmet Kudret İşler isə Müşahidə Şurasının üzvləri təsdiq edilib”, - deyə məlumatda bildirilir.
Müşahidə Şurasının yeni tərkibdə ilk iclasında Azərbaycan Respublikası Prezidentinin 4 may 2018-ci il tarixli Qərarı ilə “Kredit Büroları haqqında” Qanuna edilmiş dəyişikliklər müzakirə edilib və normativ aktdan irəli gələn tələblərin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınıb.
Kredit tarixçələrini təşkil edən məlumatların daha da zənginləşdirilməsi üçün kommunal xidmətləri göstərən müəssisələrin informasiya sistemlərinin Büro ilə daha sıx inteqrasiyası üçün qarşıda yeni vəzifələr müəyyən edilib.
“Yekunda Büronun fəaliyyətinin daha da genişləndirilməsi məqsədi ilə yeni məlumat təchizatçılarının və istifadəçilərinin cəlb olunması, eyni zamanda vətəndaşlar tərəfindən Büronun xidmətlərinə əlçatanlığı daha da asanlaşdırmaq üçün qərarlar qəbul edilib”, - deyə məlumatda vurğulanır.
“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət