Neftin bir barrel qiymətinin $80-dək artmasına baxmayaraq, neft bazarında vəziyyət tam sabitləşməyib. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Dünyada geosiyasi vəziyyət, bəzi siyasi qərarlar və neft istehsalçısı olan bir sıra ölkələrdə iqtisadi vəziyyət qiymət artımına təsir edib. Lakin, neftin bir barrel qiymətinin $80-dək artmasına baxmayaraq, neft bazarında vəziyyət tam sabitləşməyib. Aİ, ABŞ və CXR iqtisadiyyatlarının artımı neftə olan tələbatı artırır, bu da qiymətlərə öz təsirini göstərir. Lakin, OPEC+ tərəfindən səylər dayandırılmamalıdır”, - P.Şahbazov çərşəınbə günü Caspian Oil&Gas 2018 konfrnasında çıxışında bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycan neft bazarının sabitləşməsinə öz təhfəsini verib və tələbat və təklif balansını tənizmləyən sazişin vacib iştirakçısına çevrilib.
“Bu saziş hesabına neft bazarında volatilliyi azaltmaq mümkün olub”, - nazir qeyd edib.
2016-cı il dekabrın 10-da OPEC və qeyri-OPEC ölkələrinin iclası keçirilib. Görüşün yekunları üzrə neft hasilatının həcminin azaldılmasına dair saziş imzalanıb. OPEC ölkələri üçün gündəlik neft hasilatının həcmi 1,2 mln. barel azaldılaraq 32,5 mln. barel həcmində saxlanılacaq. Qeyri-OPEC ölkələri hasilatı sutkada 558 min barelədək azaldacaq. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib.
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət