Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədəfərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qanun 31 may 2018-ci il tarixində Milli Məclisin plenar iclasında qəbul olunub.
2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 517 mln. manat təşkil edib və 98,5% icra olunub. Büdcənin qeyri-neft gəlirləri 8 mlrd. 633 mln. manat və ya bütün büdcə gəlirlərinin 52,3%-ni təşkil edib.
Ötən il dövlət büdcəsinin gəlirləri strukturunda 6 mlrd. 974 mln. manat Vergilər Nazirliyi, 2 mlrd. 609 mln. manat Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olub, 6 mlrd. 100 mln. manat Dövlət Neft Fondundan transfertlərin, 250 mln. manat Mərkəzi Bankın mənfəəti, qalanı digər gəlirlərin payına düşüb.
2017-ci ildə dövlət büdcəsinin xərcləri 17 mlrd. 595 mln. manat təşkil edib və 98,1% icra olunub.
Xərclərin strukturunda 10 mlrd. 906 mln. manat (bütün xərclərin 62%-i) cari, 5 mlrd. 175 mln. manat (29,4%-i) əsaslı xərclərin, qalanı dövlət borcuna xidmət göstərilməsinin payına düşüb.
2017-ci ildə dövlət büdcəsinin bütün xərclərinin 15,9%-i (2 mlrd. 804 mln. manat) müdafiə sahəsinə yönəldilib.
Ötən il 70 mln. manat müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılmasına, 36 mln. manat icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsinə, 150 mln. manat sosial ipoteka və sosial mənzil tikintisinə yönəldilib, 546 mln. manat Əmanətlərin Sığortalanması Fonduna (ADİF) köçürülüb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət