Azərbaycan prezidenti İlham Əliyev Vergi Məcəlləsinə ölkədə siqaretlərə aksiz dərəcəsinin artırılmasını nəzərdə tutan düzəlişləri təsdiq edib.
Məcəllənin 190.3.7-ci maddəsinə əsasən, siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə aksiz dərəcəsi 20 manat təşkil edəcək (hazırda 10 manatdır).
Məcəllənin 190.3.8-ci maddəsində düzəlişlərə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə aksiz dərəcəsi 12 manat təşkil edəcək (hazırda 4 manatdır).
Bu düzəlişlər 1 iyul 2018-ci il tarixindən qüvvəyə minir.
Öncə Dünya Bankının Bakı ofisinin rəhbəri Naveed Hassan Naqvi bəyan edib ki, Azərbaycanda tütün və tütün məmulatlarına ən aşağı səviyyədə vergi tətbiq olunur. Onun sözlərinə görə, Türkiyədə vergilər siqaretlərin dəyərinin 75%-ni təşkil edir, Azərbaycanda 10%-dən az verginin payına düşür. “Biz bu il hökumətə öz təkliflərimizi təqdim etmişik və görürük ki, Vergilər və Səhiyyə nazirliklərində bu məsələyə anlayışla yanaşırlar”, - ölkə üzrə menecer əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət