2016-2017-ci illərdə Azərbaycan Bakıda keçirilən Formula-1 yarışlarından $280 mln.-dan çox mənfəət əldə edib. Bunu Bakı Şəhər Halqasının (Baku City Circuit) icraçı direktoru Arif Rəhimov deyib.
"2016-2017-ci illərdə Azərbaycanın Bakıda keçirilən Formula-1 yarışlarından birbaşa və bilavasitə mənfəəti $280 mln.-u ötüb. Bu məlumatlar “PriceWaterhouceCoopers” ilə (PWC) birgə araşdırma nəticəsində əldə edilib. Bundan başqa, daha $100 mln.-dan çox gəlir media məkanının dəyəri şəklində gəlirlərin payına düşüb", - deyə o, internet üzərindən yayımlanan “Poqovorim? S Qamidom Qamidovım” adlı verilişə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın birbaşa və dolayı yolla əldə etdiyi gəlirlər yarışların Bakıda təşkili və keçirilməsi xərclərini üstələyir.
A.Rəhimov vurğulayıb ki, hazırda Formula-1-in promouterləri ilə müqavilənin 2025-ci ilə qədər uzadılması və yarışların Bakıda keçirilməsinə lisenziyanın alınması üçün ödənişin məbləğinə yenidən baxılması ilə bağlı danışıqlar aparılır. "Biz başqa ölkələrlə müqayisədə daha çox məbləğ ödəmirik. Ən azı iki ölkə yarışların keçirilməsinə görə çox ödəyir. Amma biz yarışların növbəti beş ildə (2021-2025-ci illər - İF) Bakıda keçirilməsi şərtlərinə yenidən baxılması məqsədi ilə danışıqlar aparırıq. Bu, həm də yarışların keçirilmə haqqına, kommersiya hüquqlarına və digər məqamlara da aiddir", - deyə icraçı direktor qeyd edib.
O hesab edir ki, danışıqlar müsbət məcrada davam edir, irəliləyiş var". "Buna görə düşünürəm ki, biz yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələcəyik", - deyə A.Rəhimov əlavə edib.
O, həmçinin bir sıra xarici KİV-in yarışların Mayamidə keçiriləcəyi ilə bağlı yaydığı informasiyanın əsassız olduğunu diqqətə çatdırıb. "F-1 hər il 22 yarış keçirmə imkanına malikdir. Buna görə həm Bakı, həm də Mayami növbəti il üçün Formula-1 təqviminə daxil edilə bilər", - deyə icraçı direktor qeyd edib.
A.Rəhimov vurğulayıb ki, 2018-ci ildə "Azərbaycan Qran-prisi"nə biletlər ən azı 7 min xarici turist tərəfindən əldə edilib, 2017-ci ildə bu göstərici 5 min nəfər, 2016-cı ildə isə 2 min nəfər təşkil edib.
A.Rəhimov əlavə edib ki, onun fikrincə, azərbaycanlı yarışçının Formula-1-də iştirakı üçün ən azı 10 il lazımdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət