Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinin makro və mikro iqtisadi təhlilinin həyata keçrilməsi məqsədilə struktur yaradılıb.
“Vergi ödəyicilərinin makro və mikro səviyyədə analitik bazanın formalaşdırılması institusional yeniliklərdən biridir”, - nazirliyin məlumatında vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərindən sitat gətirilir.
Vergi sitemində həyata keçirilən islahatlar həmçinin vergi mədəniyyətinin gücləndirilməsinə yönəlib.
“Bundan əlavə, vergi sistemində əsaslı və dərin iqtisadi təhlillər və tədqiqatlar aparılmalıdır. Bu, vergitutma bazasının düzgün qiymətləndirilməsi, vergi növlərinin optimal proqnozlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir”, - X.Abdullayev qeyd edib.
Vergilər Nazirliyinin analitik potensialının inkişafı məqsədilə kompleks işlərin aparılması nəzərdə tutulur.
Bundan başqa, geniş mikroiqtisadi təhlilin aparılması planlaşdırılır. Nazirliyin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktorunun müavini Elçin Ağakişiyevin rəyinə görə, bu cür təhlilin aparılması vergi ödəyiciləri və onların əməliyyatları barədə daha ətrfalı məlumat əldə etməyə imkan yaradacaq.
“Nazirlik bir sıra sahələrdə iqtisadi proseslərin dərin təhlilini həyata keçirmək niyyətindədir. Üç istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaq”, - E.Ağakişiyev bildirib.
Onun rəyinə görə, bu tədbirlər geniş analitik bazanın formalaşdırlmasına yardım edəcək.
“Bu cür analitik bazanın mövcudluğu həmçinin vergidən yayınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsinə müsbət təsir edəcək”, - E.Ağakişiyev qeyd edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət