“SOCAR Polymer” şirkəti iyul ayında polipropilen istehsalı zavodunun tam gücü ilə fəaliyyətini sınaqdan keçirəcək. Bu barədə “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov məlumat verib.
“Hazırda polipropilen istehsalı zavodunun tikintisi layihəsi işə salınma mərhələsindədir. Yaxın günlərdə müəssisə tam istismara hazır olacaq. İyul ayı ərzində zavodun tam gücü ilə fəaliyyəti sınaqdan keçiriləcək”, - F.Cəfərov CBC telekanalına müsahibəsində bildirib.
O əlavə edib ki, zavodun layihə gücü illik 184 min ton polipropilen təşkil edir.
“Daxili bazar bizim üçün prioritet təşkil edir, polipropilen tələbatının artımını gözləyirik. Yeni zavodun məhsulunun hazırda Azərbaycana idxal olunan bütün polipropileni tam əvəzləyəcəyi gözlənilir. Xüsusən ona görə ki, müəssisəmiz geniş profilli polipropilen istehsal edəcək”, - F.Cəfərov deyib.
O xatırladıb ki, zavodun istehsal etdiyi məhsulun ümumi həcmindən 30%-i daxili bazar, 70%-i ixraca yönəldiləcək. Türkiyə, Rusiya, Avropa və Çin məhsulların ixracı üçün əsas bazarlar kimi nəzərdə tutulur.
“Hazırda Türkiyə polipropilenin ən iri netto-idxalçılarından biridir. Ölkənin idxal etdiyi polipropilenin ümumi həcmindən 48%-i özlərinin karbohidrogen xammalı olmayan ölkələrdən daxil olur. Bizim məhsullar isə öz xammalımızdan hazırlanacaq, bu da rəqabətə davamlılığı artırır və biz satış ilə problemlərin yaranacağını gözləmirirk”, - F.Cəfərov qeyd edib.
O vurğulayıb ki, digər dövlətlər tərəfindən yeni zavodun məhsullarına maraq “çox yüksəkdir və artıq bir sıra iri istehlakçılarla çərçivə sazişləri imzalanıb”.
Həmçinin F.Cəfərov məlumat verib ki, dekabrda “SOCAR Polymer” yüksək sıxlıqlı polietilen istehsalı üzrə zavodu istifadəyə verməyi planlaşdırır.
“Hər iki zavodun tikinti layihəsi layihə maliyyələşdirilməsi modeli əsasında həyata keçirilir. Layihənin özünün zəmanəti ilə “Qazprombank”dan $489 mln. məbləğində kredit cəlb olunub. Kredit vəsaitinin faiz ilə qaytarılması müddəti 2018-ci il daxil olmaqla, istehsala başlanandan 7 il təşkil edəcək”, - o qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət