“Azərenerji” ASC iyulun 3-də Azərbaycanın enerji sistemində baş verən qəzanın səbəbləri barədə məlumat yayıb.
Məlumata əsasən, iyulun 3-də, saat 00:20 radələrində baş vermiş 1 fazlı qısa qapanma 3 fazlı qısa qapanmaya çevrilib və ani olaraq “Azərbaycan” İES-də işdə olan 7 enerji bloku (1 500 MVt güc) rele mühafizəsindən şəbəkədən açılıb.
“Böyük güc çatışmazlığı səbəbindən (tələbatın 50 %-i həcmində) qəzanın 1-ci saniyəsində əks-qəza avtomatikasının təsirindən Azərbaycan enerji sistemi Rusiya enerji sistemindən ayrılıb”, - məlumatda deyilir.
Həmçinin qeyd edilib ki, qəzadan əvvəlki rejimdə “Azərbaycan” İES-də istehsal olunan 1500 MVt gücun 1000 MVt-ı Bakı və Abşeronun tələbatının ödənilməsi məqsədilə ötürülürdü: “Qəzanın ilk saniyələrində “Mingəçevir-Abşeron” yük ötürülməsi dəhlizinə daxil olan sistemtəşkiledici 330 kV-luq 1-ci Abşeron elektrik verilişi xətti “Azərbaycan” İES-də cərəyan transformatorunun dağılması səbəbindən rele mühafizəsindən və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətti isə asinxron gedişin ləğvi avtomatikasından açılıb, sistem əks-qəza avtomatikasının işləməsinə baxmayaraq, böyük aktiv və reaktiv güc çatışmazlığı və qəzanın ani olaraq baş verməsi, qəzanın selvari xarakter almasına və enerji sisteminin tam dayanmasına səbəb olub.
“Hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir. Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir. “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət