“PAŞA Bank” kiçik və orta sahibkarlıq nümayəndələrinin B2B sahəsi üzrə təchizatlarının maliyyələşdirilməsi üçün yeni xidmətlər toplusunu təqdim edir. Bu barədə bankın məlumatında deyilir.
“Bu maliyyələşdirmə sxemi mal və xidmət təchizatı zəncirinin bütün iştirakçılarını birləşdirir, lazımi likvidliyin təmin edilməsi üçün maksimal bəhrələnmək imkanı verir”, - deyə məlumatda bildirilir.
“PAŞA Bank”ın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə, təchizat zəncirinin maliyyələşdirilməsi üzrə xidmətlər paketinin dövriyyə vəsaitinin artırılması üçün istifadə olunan ənənəvi kredit məhsullarından əsas fərqi ondan ibarətdir ki, sahibkar girov təmin etmədən nisbətən qısa müddət ərzində pul vəsaitinə çıxış əldə edir və bu məhsul üzrə faiz dərəcəsi digər növ kreditləşmələrin faiz dərəcəsindən orta hesabla 2-3% daha aşağıdır.
«Burada bizim əsas məqsədimiz kiçik və orta sahibkarlıq üzrə müştərilərimizin biznes fəaliyyətlərinə lazım olan likvidliyin təmin olunması üçün dövriyyə vəsaitlərinə olan ehtiyacını təmin etmək, B2B sektorunda təchizat prosesinin maliyyə effektivliyini artırmaq, biznesin maliyyə risklərini azaltmaq və əlbəttə ki, istifadəsi asan və keyfiyyətli bank xidmətini təmin etməkdir. Artıq bu gün biz deyə bilərik ki, bu maliyyələşdirmə sxemi iqtisadiyyatın neft-qaz, telekommunikasiya, ticarət və xidmətlər, tikinti, informasiya və kommunikasiya texnologiyaları, gündəlik tələbat məhsulları (FMCG) və digər sektorlarında iri bizneslərə xidmət göstərən sahibkarların marağına səbəb olub. Bu xidmətlər paketinin kiçik və orta sahibkarlar üçün cəlbedici olduğunu nəzərə alaraq ilin yekununa bu seqmentdə portfel artımının 100% təşkil edəcəyini ehtimal edirik», – deyə A.Qolovko fikrini yekunlaşdırıb.
Kiçik və orta sahibkarlıq üzrə müştərilərin təchizat zəncirinin maliyyələşdirilməsi xidmətinin təqdim edilməsi “PAŞA Bank”ın 2018-2020-ci illəri əhatə edən İnkişaf strategiyası çərçivəsində həyata keçirilir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət