Türk lirəsinin ucuzlaşması SOCAR-a Türkiyədəki biznesinin genişləndirilməsi ilə bağlı planlarını gerçəkkləşdirməyə kömək edə bilər. “Interfax Global Energy” agentliyi belə hesab edir.
«Türk lirəsinin ucuzlaşması SOCAR-a Türkiyənin qaz sektorunda öz iştirakını genişləndirməyə kömək edə bilər. SOCAR bu ölkənin qaz bazarındakı payını 20%-dək artırmağı nəzərdə tutur, lirənin ucuzlaşması isə şirkət üçün aktivləri daha ucuz qiymətə əldə etməyə imkan yaradır», - deyə agentliyin ekspertləri bildirirlər.
“Interfax Global Energy”nin məlumatına görə, 2018-ci ilin əvvəlindən lirə dollara nisbətən 40%-dək ucuzlaşıb.
Daha əvvəl Türkiyə mətbuatı SOCAR-ın Almaniyanın ən iri enerji şirkəti olan “EWE A.G”-nin aktivlərini əldə etməkdə maraqlı olduğu barədə xəbər vermişdi. Nəşrlərin məlumatına görə, şirkət “Bursagaz AS” və “Kayserigaz AS” qazpaylayıcı şəbəkələrindəki 80%-lik payını satmağa qərar verib və potensial alıcılarla danışıqları demək olar ki, başa çatdırıb. Mümkün iddiaçılar arasında SOCAR da var, bu sövdələşmədə əsas rəqib “Kolin” şirkəti hesab olunur. Aktivlərin ümumi dəyəri $200-250 mln. təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət