2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin profisiti neftin qiymətibir barrel üçün$70 olduğu halda ÜDM-in 3%-ni, cari əməliyyatlar hesabının müsbət saldosu - ÜDM-in 6%-ni təşkil edəcək. Sberbank Investment Research (SIR) analitikləri belə hesab edirlər.
“Rublun zəifləməsi və bu yaxınlarda türk lirəsinin kəskin ucuzlaşması yaxın xaricdə bütün dövlətlərin valyutalarına təsir edib. İyulun sonundan etibarən 6%-dən çox ucuzlaşan Rusiya rublundan başqa, volatillik nöqteyi-nəzərindən Qazaxıstan, Belarus və Gürcüstan valyutaları daha zəif olublar. Azərbaycan manatı və Tacikistan somonisi həmçinin təzyiq altında qalıblar, baxmayaraq ki, onların məzənnəsi əvvəlki kimi, dollardan asılıdır”, - SIR-in icmalında qeyd olunur.
Analitikilərin qiymətləndirmələrinə görə, dollara bağlılıq müxtəlif xarakter daşıyır. “Volatillik artdıqca valyuta bazarında məzənnəsi dollara bağlı olan valyutalara belə təzyiq altında qalıb - Azərbaycan manatı və Tacikistan somonisi. Lakin, əgər manat xüsusi narahatlıq yaratmırsa, somoni yenidən ucuzlaşa bilər”, - agentlik qeyd edir.
SIR analitikləri hesab edirlər ki, neftin qiymətinin yuxarı olması Azərbaycan manatına dəstəkdir. “Bloomberg”in Azərbaycanda bəzi bankların əhaliyə dollar satışının məhdudlaşdırılmasına dair məlumatına baxmayaraq, manatın məzənnəsinin dollardan asılılığı üçün kəskin təhdid görmürük, çünki neftin qiymətibir barrel üçün$70-dən artıq təşkil edir. Hesab edirik ki, bu qiymətlər qorunduğu halda cari il büdcə profisiti ÜDM-in 3%-ni, cari əməliyyatlar hesabının müsbət saldosu - ÜDM-in 6%-ni təşkil edəcək. Bundan əlavə, qiymətləndirmələrimizə əsasən, ilin sonuna kimi ARDNF-nin aktivləri $40 mlrd.-ı ötəcək”, - materialda vurğulanır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət