SOCAR və Almaniyanın Uniper SE şirkəti Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaqlar. Bu barədə SOCAR-dan məlumat verilir.
Hər iki şirkət şənbə günü Bakıda müvafiq razılaşmanı imzaladılar.
“Yeni razılaşmanın məqsədi, ilk növbədə Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır. Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır. İlkin araşdırmalar göstərmişdir ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür”, - məlumatda deyilir.
Vurğulanır ki, SOCAR və Uniper şirkətləri artıq 5 ildir ki, sıx əməkdaşlıq edirlər.2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlanıb. 2045-ci ilədək hər il 1,5 milyard m³ təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir.
Bundan başqa, SOCAR və Uniper şirkətləri 2015-ci ildə birgə müəssisə yaratmışlar. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən Azərikimya kompleksində elektrik və buxar istehsal edən qurğuları səmərəliləşdirməklə əlavə dəyər əldə edəcək.
“Uniper ilə həyata keçirdiyimiz strateji əməkdaşlıq Azərbaycan üçün öz təbii resurslarını reallaşdırmaqla yanaşı, həm də qabaqcıl texnologiyalardan bəhrələnməsi üçün əlverişli imkanlar yaratmışdır. Enerji səmərəliliyinin artırılması ətraf mühitimizin qorunması ilə yanaşı həm də qazın qənaəti sayəsində əlavə dəyərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz müqavilənin imzalanması ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir, tərəflərin Cənub Qaz Dəhlizi layihələri çərçivəsində əməkdaşlığını nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyi çərçivəsində Azərbaycan və SOCAR-ın əhəmiyyətli rolunu bir daha ifadə edir”, - məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərindən sitat gətirilir.
Uniper şirkətinin İdarə Heyətinin üzvü Kristofer Delbrük öz növbəsində qeyd edib ki, yeni layihə iki şirkət arasındakı uzunmüddətli tərəfdaşlığı növbəti mərhələyə gətirib çıxarır. “Bu layihə bölgədə istixana qazları tullantılarının azaldılmasına və ölkənin təbii resurslarına qənaət olunmasına yardım edəcəkdir. Uniper və SOCAR arasındakı əməkdaşlıq hər iki tərəf üçün mənfəət kəsb edir və gələcək üçün yaxşı perspektivlər vəd edir”, - o vurğulayıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət