Azərbaycanın “Khazar” avtomobil brendinin Moskva Beynəlxalq avtosalonunda debüt nümayişi keçirilib. Bu barədə Rusiya mətbuatı məlumat verir.
“Khazar” avtomobilləri “Azərmaş” ASC-nin zavodunda istehsal olunur.
Zavodda " Khazar SD", "Khazar LD", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur. . İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.
2018-ci il martın sonunda “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir.
İlkin mərhələdə müəssisənin yaradılmasına sərmayələr $15 mln. təşkil edib.
2018-ci ildə Azərbaycanda 1,5 min ədəd avtomobilin istehsalı planlaşdırılır.
Xəbər verildiyi kimi, bu il ayda 160 ədəd avtomobil istehsal olunacaq. Onların 60 ədədi “Khazar LD”, 100 ədədi isə "Khazar SD” markalı olacaq. Bütövlükdə, 2018-ci ildə 1,5 min ədəd, 2019-cu ildə 3 min ədəd, 2020-ci ildə 5 min ədəd avtomobil istehsal olunacaq. Avtomobil zavodunun illik istehsal gücünün 10 min avtomobiə çatdırılması planlaşdırılır.
" Khazar SD" markalı avtomobilin qiyməti 16 min manat, "Khazar LD" markalı avtomobilin qiyməti isə 18 min manat olacaq. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət