Azərbaycan Çexiya ilə qarşılıqlı investisiyların həcminin artımında maraqlıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“2017-ci il ərzində Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 2018-ci illə müqayisədə 2 dəfədən çoz artıb. Cari ilin birinci yarısı ərzində 2017-ci ilin analoji dövrü ilə müqayisədə də təxminən 2 dəfə artım müşahidə olunub. Bu, çox yaxşı göstəricidir”, - Ş.Mustafayev bu gün Azərbaycan-Çexiya biznes forumunda bildirib.
Onun sözlərinə görə, Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin 85%-i Azərbaycanın payına düşüb.
“Azərbaycanda 25 Çexiya şirkəti qeydiyyatdan keçib. Onlar xidmət, rabitə, ticarət, tikinti sahələrində fəaliyyət göstərir. Həmçinin Çexiya şirkətləri Azərbaycanda $2 mlrd.-dan artıq ümumi məbləğində 8 dövlət layihəsində podratçı olublar və olacaq. Bu, avtomobil və dəmir yolların yenidən qurulması, IVECO markalı avtobusların alışı sahəsində layihələrdir. Azərbaycanda Çexiya sərmayələri $30 mln.-a yaxın, Azərbaycanın Çexiyaya bir qədər çox təşkil edir. Qarşılıqlı investisiyaların səviyyəsi bugünkü tələblərə cavab vermir, biz, əlbəttə ki, sərmayələrin artmasına nail olmaq istərdik”, - nazir vurğulayıb.
Ş.Mustafayev hesab edir ki, tərəflərin avtomobil və dəmir yollarının yenidən qurulması, maliyyə, sənaye, ticarət, investisiyalar, maşınqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi üçün perspektivləri var.
“Qarşıdakı illərdə Gəncə Avtomobil Zavodunda Tatra markalı yük avtomobillərinin yığılması üzrə layihə çərçivəsində uğur əldə edə bilərik. Dəmir yolu, xüsusilə yük vaqonları, dəmir yolu konteynerləri, kimya sənayesi, əczaçılıq, nəqliyyat, tranzit daşımaları, turizm İKT sahəsində böyük imkanlar var”, - o qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkənin xarici ticarət dövriyyəsinin 40%-dən çoxu Avropa dövlətlərinin payına düşür. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət