“LUKOYL-Azərbaycan” yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirib. Bakıda “LUKOYL” brendi altında 58-ci yanacaqdoldurma məntəqəsi açılıb.
“LUKOYL-Azərbaycan” QSC-nin direktoru Eduard Muhametovun sözlərinə görə, “LUKOYL” məntəqələrindən hər gün 80 mindən çox azərbaycanlı sürücü istifadə edir.
“Bu, yüksəkrəqabətli bazardır və bizim üçün hər bir müştəri vacibdir. Ona görə də “LUKOYL-Azərbaycan” məntəqələrdəki yanacağın keyfiyyətini daim nəzarətdə saxlayır, xidmətlərin keyfiyyətini yüksəldir və vaxtlı-vaxtında avadanlığın müasirləşdirilməsini həyata keçirir”, - şirkətin məlumatında E.Muhametovun sözlərindən sitat gətirilir.
YDM-da quraşdırılan avadanlıq Azərbaycanda mövcud texniki tələblərə cavab verir.
E.Muhametov qeyd edib ki, hər bir müştəri istənilən YDM-də buraxılan yanacağın həcmini xüsusi avadanlıq vasitəsilə yoxlaya bilər. Xidmətin keyfiyyəti ilə bağlı hər hansı bir sual yaranarsa 24 saat qaynar xəttə müraciət etmək olar.
“Bu ilin əvvəlindən biz 125 müraciət almışıq. 113 halda YDM-də pozuntu aşkar edilməyib ki, müştərilərimiz də bununla razılaşıb. Amma 12 müraciət YDM-lərin 5 əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas verib. Daha 7 əməkdaşı isə işdən azad etməli olmuşuq”, - şirkətin direktoru vurğulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət