Bakı və Əlcəzair energetika sahəsindəAnlaşma Memorandumu imzalamağı planlaşdırır. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Əlcəzairin energetika naziri Mustafa Qituni ilə görüşüb.
“Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb. M.Qituni Azərbaycan şirkətlərinin Əlcəzairin enerji sektorunda iştirakına maraqlarını ifadə edib. P.Şahbazov isə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun yekunlaşmaq üzrə olduğunu bildirib”, - məlumatda deyilir.
Həmçinin P.Şahbazov Əlcəzairin energetika nazirini Azərbaycana səfərə dəvət edib. O qeyd edilib ki, müvafiq sənədin imzalanması “enerji sektorunda çoxşaxəli əməkdaşlıq potensialını reallaşdırmağa töhfə verəcək”.
Əlcəzairə səfər çərçivəsində P.Şahbazov “Sonatrach” şirkətinin baş direktoru Abdelmumen Ould Kadurla görüşüb.
“Tərəflər “Sonatrach” və SOCAR (ARDNŞ) arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediblər. Görüşdə “SOCAR Trading” ilə “Sonatrach” şirkəti arasında neft məhsulları sahəsində, eləcə də "Neftqazelmitədqiqatlayihə" İnstitutu ilə əməkdaşlıq əlaqələrindən bəhs edilib”, - məlumatda qeyd olunur.
P.Şahbazov “Sonatrach” şirkəti ilə əməkdaşlığın perspektiv istiqaməti kimi bərpa olunan enerji mənbələri üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə diqqətə çatdırıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət