Azərbaycan Banklar Assosiasiya bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üzrə təkliflərin işlənməsi üçün müvafiq İşçi Qrup yaradılıb. Bu barədə ABA-dan məlumat verilir.
Azərbaycan Banklar Assosiasiyanın Rəyasət Heyətinin iclasında bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üçün görülməsi zəruri olan tədbirlər, bu sahədə mövcud vəziyyət və qarşıdakı çağırışlarla bağlı ABA üzvlərinin rəy və təklifləri müzakirə mözvuları olub.
“İclas zamanı bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üzrə banklar tərəfindən ABA-ya ünvanlanmış təkliflərin işlənməsi üçün müvafiq İşçi Qrup yaradılıb”, - məlumatda qeyd edilir.
İclasda eyni zamanda ABA-nın yeni vitse–prezidenti seçilib. Xalid Əhədovu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Abbas İbrahimov əvəz edib.
Bundan başqa, “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov ABA-nın nəzdində yeni yaradılmış “Risklərin İdarə edilməsi üzrə Ekspert Qrupu”nun sədri təyin edilib. Ekspert Qrupunun yaradılmasında məqsəd risklərin idarə edilməsi sahəsində yeni çağırışlar və qabaqcıl təcrübələrin öyrənilməsi, bu təcrübələrin yerli bank sisteminə tətbiqi imkanlarının araşdırılıması, tənzimləyici və nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, risklərin idarə edilməsinə dair müxtəlif normativ sənədlərin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanmasıdır.
Həmçinin iclas zamanı “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu” yaradılıb. Ekspert Qrupuna “Bank VTB (Azərbaycan)” ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov sədr təyin olunub.
Qrupun yaradılmasında məqsəd Azərbaycan Respublikasının qanunvericiliyinin akkreditiv, qarantiyaların, inkasso və sair sənədli əməliyyatların beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi,sözügedən bank məhsullarının təqdim edilməsində qarşıya çıxan və potensial problemlərin müzakirəsi, qeyd olunan sahədə beynəlxalq standartların tətbiq edilməsi imkanlarının araşdırılması və ölkədə bank fəaliyyətinin tənzimlənməsini həyata keçirən orqanlar tərəfindən normativ aktlarda dəyişikliklərin aparılması zamanı müvafiq təkliflərin verilməsi, xarici banklarla əlaqələrin qurulması və genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi, ixrac kredit agentlikləri və digər xarici maliyyə institutları vasitəsilə Azərbaycanda irimiqyaslı, uzunmüddətli layihələrin maliyyələşdirilməsi sahəsində imkanların araşdırılması, yerli və xarici banklarla təcrübə mübadiləsi, bu istiqamətlərdə aparılan gündəlik əməliyyatlarda qarşıya çıxan problemlərə dair müzakirələrin aparılması və məqsədəuyğun tövsiyələrin verilməsdir. **
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət