İqtisadiyyat naziri Şahin Mustafayev sənaye parklarında fəaliyyət göstərən rezidentlərin kreditləşməsi istiqamətində Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı mümkün hesab edir.
“Azərbaycanda yaradılmış sənaye parklarında rezidentlər üçün əlverişli şərait yaradılıb və bir sıra güzəştlər nəzərdə tutulur. Həmin sənaye parklarında fəaliyyət göstərən rezidentlərin kreditləşməsi istiqamətində bankla əməkdaşlıq mümkündür”, - Ş.Mustafayev Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak ilə görüşdə bildirib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığa güzəştli kreditlərlə dəstək olduğunu bildirən nazir Fondun AİB-lə əməkdaşlıq edə biləcəyini deyib.
“Bundan başqa, özəl sektorun layihələrinin birbaşa maliyyələşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, alternativ enerji, tullantıların idarəedilməsi, Abşeron göllərinin bərpası sahəsində də Bankla əməkdaşlıq edilə bilər”, - nazir vurğulayıb.
V.Hudak bildirib ki, AİB maliyyə dəstəyi ilə yanaşı, ekspertiza, texniki və məsləhət xidmətləri də göstərir.“İnfrastrukturun yaradılması və bərpası sahəsində bankın geniş təcrübəsi var. Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidənqurulmasına Bankın maliyyə dəstəyi göstərə bilər”, - V.Hudak qeyd edib.
V.Hudak əlavə edib ki, bu ilin oktyabrında AİB-in işçi missiyasının ölkəmizə səfər edəcək. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət