Sentyabrın 27-də CANSO (Civil Air Navigation Services Organization) Beynəlxalq mülki aviasiya aeronaviqasiya təminatı provayderləri təşkilatının ali rəhbərliyinin nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib. Nümayəndə heyətinə təşkilatın baş direktoru Cef Pul (Jeff Poole) başçılıq edir.Bu barədə AZAL-dan məlumat verilir.
“Nümayəndə heyəti Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olublar”, - məlumatda deyilir.
AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə 2020-ci ildə Bakıda Ümumdünya aeronaviqasiya sammitinin keçirilməsi məsələləri müzakirə olunmuşdur. Bundan başqa, tərəflər həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və CANSO arasında əməkdaşlıq perspektivlərini, o cümlədən AZANS-ın CANSO Europe icraiyyə komitəsinə qoşulması, həmçinin Azərbaycan mütəxəssislərinin təşkilatın işçi qruplarında iştirakı məsələlərini müzakirə edilib.
Görüşdə həmçinin 2020-ci il Sammitinə kimi CANSO birgə təlim mərkəzinin yaradılması və süni intellektdən istifadə olunaraq Hava Hərəkətini İdarəetmə Mərkəzinin açılması müzakirə olunub. Hazırda yalnız 2020-ci ilədək işlənib hazırlanmış inkişaf strategiyası Bakıda keçiriləcək 2020-ci il Sammitində qəbul olunacaq.
Cef Pul qeyd edib ki, aviaşirkətlər ən müasir aeronaviqasiya təminatı sistemi sayəsində uçuşların təhlükəsizliyini yüksək səviyyədə təmin edən Azərbaycanın ərazisi üzərindən uçmağa daha çox üstünlük verirlər. Növbəti illərdə Azərbaycan üzərindən uçuşların artacağı proqnozlaşdırılır.
Görüşün yekunlarına əsasən Cahangir Əsgərov və Cef Pul 2020-ci il 8-12 iyun tarixlərində Bakıda CANSO aeronaviqasiya sammitinin keçirilməsi haqqında saziş imzaladılar.
“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.
Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət