Azərbaycanda rus dilinin tədrisi üçün ixtisaslaşmış kadrların hazırlanması Rusiya-Azərbaycan münasibətlərinin inkişafının tələb olunan istiqamətidir. Bu sözləri Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov deyib.
«Bakıda həm rus dili müəllimləri, həm də rusdilli fənn müəllimləri tələb olunur”, - deyə o, IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Arxangelsk vilayətinin qubernatoru İqor Orlovla görüşü zamanı vurğulayıb.
İ.Orlov və M.Boçarnikov ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi variantlarını, tələbələrin mübadilə proqramları üzrə təhsil alması məsələlərini, həmçinin Azərbaycanda rus dilinin tədrisi üçün kadrların hazırlanması imkanlarını müzakirə ediblər. Diplomat qeyd edib ki, bu, çox tələb olunan istiqamətdir. "Hər tədris ilinin başlanmasından əvvəl bu cür sıçrayışlar müşahidə olunur. Valideynlər istəyirlər ki, onların uşaqları rus dilini öyrənsinlər. Amma lazımlı mütəxəssislər çatışmır", – deyə M.Boçarnikov bildirib.
O, bu istiqamətdə işin müxtəlif variantlarının mövcudluğunu qeyd edib. "Mütəxəssisləri Rusiyada hazırlamaq və ya azərbaycanlı müəllimləri xüsusi proqram üzrə öyrətmək olar", - deyə diplomat vurğulayıb.
Tələbə mübadiləsi üzrə əməkdaşlıq məsələsinə toxunan İ.Orlov isə deyib ki, bu iş ilk növbədə, dövlətlər arasında əlaqənin itməməsi üçün vacibdir.
"Ən vacibi isə Rusiya və Azərbaycandan kiçik biznesə bir-birini axtarmağa kömək etməkdir. Burada əsas olan sadəcə əlaqələri tapmaqda yardımçı olmaqdır. Mən tez-tez onu misal gətirirəm ki, uşaq çarpayılarının istehsalı ilə məşğul olan arxangelskli sahibkar onların Azərbaycan, Qazaxıstan, Belarus, Gürcüstan və Çində satışına başlayıb", - deyə qubernator diqqətə çatdırıb.
O qeyd edib ki, vilayət hökuməti ona başqa bazarlarda tərəfdaşlar tapmağa kömək edib və bununla da iş gedib. "Təəssüf ki, bir çox sahibkarlar öz şəhərləri xaricində tapa biləcəkləri böyük imkanlar barədə bilmirlər", – deyə İ.Orlov söyləyib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət