Azərbaycan və Avropa İttifaqı arasında “2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas imzalayıblar.
Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.
Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42%, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5% təşkil edib.
Hazırda Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1,5 mindən çox şirkəti fəaliyyət göstərir.Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına $16 mlrd.-a yaxın investisiya yatırıb.
Xəbər verildiyi kimi, Avropa İttifaqı Azərbaycan regionlarının inkişafına 13 mln. avrodan çox vəsait ayıracaq.“Aİ ölkənin sosial-iqtisadi baxımdan inkişafını gücləndirmək, Bakı ilədigər şəhər və rayonlar arasındakı fərqi azaltmaq üçün 13 mln. avrodan çox maliyyə yardımı ayıracaq. Dəstək göstəriləcək regionlardan biri də Lənkərandır”, - öncə nümayəndəlikdə qeyd ediblər. **
B.Rüstəmbəyov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət