“AzerGold” QSC külçə və qiymətli metallardan sikkələrin hazırlanması üzrə xidmətlər təqdim edən şirkətin seçilməsi üçün tender təkliflərinin qəbul müddətini oktyabrın 17-dək uzadıb. Bu barədə cəmiyyətin elanında deyilir.
«Tender üzrə iştirakçıların sayı 3-dən az olduğu üçün təkliflərin qəbul müddətinin oktyabrın 17-dək uzadılması qərara alınıb. Tender proseduru oktyabrın 18-də baş tutacaq", - deyə məlumatda bildirilir.
Tender iştirakçıları lazımi peşəkarlığa, təcrübəyə, texniki və maliyyə imkanlarına, işçi qüvvəsinə, idarəetmə səriştəsinə və etibarlığa malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 170 manatdır.
Əlaqələndirici şəxs: Rafiq Abdullayev, (tel: 012-505-02-02 (dax. 1107).
“AzerGold” QSC 2018-ci il avqustun 30-da Azərbaycan istehsalı olan qızıldan və gümüşdən sikkə və külçələrin hazırlanması layihəsinə başlayıb. Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram. . Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd olunacaq.
İstehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin “Heydər Əliyev Mərkəzi”, “Qobustan” və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır.
“999.9 əyarlı külçə və sikkələrin istehsalı və “AzerGold” brendi altında təqdim edilməsi yerli bazarda məhsul çeşidinin artırılması və əlverişli iqtisadi münasibətlərin inkişafına təkan verəcək”, - deyə şirkətdən bildiriblər.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət