Sumqayıt Texnologiyalar Parkı (STP) ilk dəfə 110 kV-lıq elektrik kabellərinin Qırğızıstana ixracına başlayıb. Bu barədə STP-nin məlumatında deyilir.
“STP oktyabrın 4-də Qırğızıstanın "ElektroSila" şirkətinin sifarişi əsasında 4 yük maşınından ibarət 2,384 min metr elektrik kabelini Qırğızıstana yola salıb. Ümumilikdə 7,14 min metr kabel satışını nəzərdə tutan sifariş iki mərhələdə müştəriyə çatdırılacaq”, - deyə məlumatda bildirilir.
Kabellər Bişkek şəhərinin mərkəzi rayonlarını elektriklə təmin edən yeni İstilik Elektrik Stansiyasının tikintisini və elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihədə istifadə olunacaq.
“Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə müqavilələr bağlayıb. Müəssisə gələcəkdə Orta Asiya bazarında olan əməliyyatlarını artırmağı, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir”, - deyə məlumatda vurğulanır.
Kabel Zavodu Almaniya istehsalı olan avadanlıqla təchiz olunub və 500 kV-dək kabellər istehsal edir.
Sumqayıt Texnologiyalar Parkı energetika obyektlərinin tikintisi ilə məşğul olan “Azenco” şirkətinin strukturuna daxildir. Parkın sahəsi 250 ha təşkil edir.
STP-nin ərazisində 14 müəssisə və 18 istehsalat sahəsi fəaliyyət göstərir.
Parkın yaradılması Azərbaycanın sənaye sektorunda iri infrastrukur layihələrinin həyata keçirilməsinə yönəlib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət